Saatlı rayonunda Təvəkkül Ağayev arvadını döyüb. 1996-cı il təvəllüdlü Təvəkkül Ağayev 2023-cü ildə ailə həyatı qursa da, onların birgə nigahdan övladları olmayıb və buna görə də cütlük müalicə almağa başlayıb. Bir qədər sonra Təvəkkül həyat yoldaşına atasından ona avtomobil almağı tələb etməyi deyib. Həyat yoldaşı isə atasına heç bir şey deməyib. Qadın xahiş edib ki, bu istəyini ona özü bildirsin. Reaksiyadan əsəbləşən Təvəkkül arvadı ilə mübahisə edib və qadını döyüb.
Bundan sonra qadın evi tərk edərək atasının evinə gedib və hadisə barədə polisə məlumat verib. Müraciət əsasında polis əməkdaşları gələrək Ağayevi saxlayıblar. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Saatlı rayon məhkəməsinin hökmü ilə Ağayevə altı ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.