Qazax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Qazax şəhəri, Səməd Vurğun küçəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Anar Rəhmanoğlu Kazımov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcudoğlu İsmayılovu vurub.
Nəticədə İsmayılov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.