Qobu qəsəbə bir nömrəli tam orta məktəbində xoşagəlməz hadisə baş verib.
Bu gün məktəbin doqquzuncu sinif şagirdləri arasında mübahisə baş verib. Nəticədə şagirdlərdən biri digərinə xəsarət yetirib.
Azərbaycan müəlliminin məktəbdən İTV-yə verdiyi məlumata görə, xəsarət alan şagirdə ilkin yardım göstərilib. Daha sonra həmin şagird xəstəxanaya göndərilib. Həkim müayinəsindən sonra ambulator müalicə üçün evə buraxılıb.
Məktəb rəhbərliyi hadisəni nəzarətə götürüb və müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumi İsrafil bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.