"Qonşu gəlib dedi ki... - Valideynlər 3 azyaşlıdan GÖRÜN NƏYƏ GÖRƏ imtina edibmiş... - RTV

Tovuz rayonunda valideynlərin üç övladından imtina etməsi barədə xəbər yayılıb. Valideynlər uşaqların dövlət himayəsinə verilməsini istəyib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bir qonşu icra hakimiyyətinə müraciət edərək yaxınlıqda yaşayan uşaqların baxımsız vəziyyətdə olduğunu bildirib.

Qonşulardan birinin müraciəti əsasında aidiyyəti qurumlar məsələni araşdırmaq üçün dərhal hərəkətə keçib. Bunun ardınca icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları birlikdə həmin ailəyə baş çəkiblər. Yerində aparılan baxış zamanı uşaqların həqiqətən də baxımsız şəraitdə yaşadığı müəyyən edilib.

Dərhal tədbir görülərək azyaşlılar ailədən götürülüb və hüquq-mühafizə orqanlarının müşayiəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların tibbi müayinələri davam etdirilir və sağlamlıq vəziyyətləri nəzarət altındadır.

Məlumata görə, valideynlərin uşaqlara lazımi qayğı göstərmək imkanı olmayıb. Onların müxtəlif asılılıqlardan əziyyət çəkdiyi, həmçinin ananın səhhətində problemlərin olduğu və bu səbəbdən uşaqlara baxa bilmədiyi bildirilir.

XÜLAS