"Sabunçu keçidi"ndə dəhşətli vəziyyət - Dərin yarğanlar yarandı - RTV

Sabunçu rayonunun ərazisində yerləşən və Sabunçu keçidi kimi tanınan bu ərazidə yollar intensiv yağışlardan sonra ciddi zədələnib. Yolun bu hissəsi çöküb və bərbad vəziyyətə qalıb. Bu vəziyyət sürücülərin gündəlik gediş-gəlişində ciddi problemlər yaradır.

Sürücülər bildirirlər ki, yolun çökməsi səbəbindən avtomobillərin müxtəlif hissələri zədələnir. Xüsusilə gecə saatlarında yolun bu hissəsində hərəkət çətinləşir. Bir sürücü qeyd edib ki, "maşınının təkəri iki dəfə partlayıb" və bu vəziyyətin düzəldilməsi üçün tədbirlər görülməlidir.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxlanılıb. Bildirilib ki, yol yaxın müddətdə təmir olunacaq.