Bakının Yasamal rayonu Vidadi küçəsində yerləşən kommunal tipli yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüb və alovun digər evlərə keçməsinin qarşısını alıblar.
Yanğının Söndürülməsi Qərargahının rəis müavini Ruslan Pirelizadə hadisə ilə bağlı açıqlama verib:
"Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunmuş, yanğınsöndürənlərin çevik reaksiyası nəticəsində hər mərtəbəsi 60 kvadrat metr olan taxta konstruksiyadan ibarət kommunal tipli yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları tam yanmış, yanğının digər evlərə keçməsinin qarşısı alınmışdır