"Soldan vurdu məni, gedib girdi dəmirə" - RTV

Səhər saatlarından etibarən qarın intensivləşməsi yollarda hərəkətin çətinləşməsinə səbəb olub. Yeni Ələt Astara magistral yolunun əsas hissəsi axşam saatlarında qardan təmizlənsə də, rayonlara çıxış istiqamətlərində, eləcə də magistralın döngə və enişli sahələrində avtomobillərin hərəkətində ciddi çətinliklər müşahidə olunur.

Yağan qar nəticəsində yol örtüyündə qalın qar qatı formalaşıb və bu da nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirib. Bəzi avtomobillər sürüşmə səbəbindən yolda hərəkətsiz vəziyyətdə qalıb. Sürücülərdən biri vəziyyəti belə təsvir edib:

"Gəlirdim burdan, belə streç gəldi. Burda qar da yer də bızdı. Saxlamadı, getdi dəydi ona da. Vəziyyət bərbad gündədir. Gedib gedib dəmirə nə dala düşürə bilirdim, nə dala. Üçdən gəlirdim. Zapravkada da. Gəldi vurdu. Qaçırdım təkərinin izi də batdılar. Vəziyyət biraz gərgindir hal-hazırda. Nəyi var qar yağır."

Başqa bir sürücü isə maşınların hərəkətində çətinlik olduğunu, yolların getdikcə buz bağladığını bildirib. O, yardıma getmək istədiyini, lakin gedə bilmədiyini qeyd edib.

Hazırda bölgədə intensiv qar davam edir. Havanın qeyri-sabit keçməsi yollardakı vəziyyəti daha da çətinləşdirir. Sinoptiklərin məlumatına görə, yağıntılar və şəraiti gün ərzində davam edəcək. Axşam saatlarında isə temperaturun enməsi ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksəkdir.

Bu səbəbdən sürücülərə diqqətli olmaları, sürət həddini minimuma endirmələri və təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.