Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi qeydə alınıb.
Şəhər sakini, 1975-ci il təvəllüdlü Əhmədova Gülüstan Şahlar qızı toy mərasimində iştirak edərkən halı qəfil pisləşib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbləri müəyyənləşdirilir.