Fevral ayının 14-ü və 15-də Bakının Suraxanı rayonu aeroport şossesində gecə saatlarında məhdudiyyət tətbiq olunacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məhdudiyyətlə bağlı sürücülərə alternativ yolların xəritəsini təqdim edib.
Fevralın 14-də gecə saat 12-dən səhər saat 7-yədək hava limanı yolundan Koroğlu metro stansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda Koroğlu metro stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Alternativ yol kimi Mərdəkan şossesindən gələnlər Zığ şossesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu Xanı Ələkbərova 14 iyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən hava limanı istiqamətinə alternativ olaraq 8 noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.