Toyda musiqiçilərlə dalaşdı, qətlə yetirildi - RTV

Sabirabadda toyda qarşını qətlə yetirməkdə təqsirləndirilən Xəqani Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub. O, 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə hadisə ötən il oktyabrın 9-da Sabirabad rayonunun Qaragünəş kəndindəki "Fərid Şahlıq Sarayı"nda baş verib. Kənd sakini Telxas İsrafilov toyda həddindən artıq içki içib və musiqiçilərlə mübahisə edib. Bunu görən həmkəndlisi Xəqani Muradov onu sakitləşdirib evlərinə aparmaq istəyib. Bu zaman İsrafilov Muradovu döyüb. Hadisədən qəzəblənən Xəqani Muradov yaxınlıqdakı mağazaya gedib, ordan bıçaq alaraq restorana qayıdıb və İsrafilova üç bıçaq zərbəsi vurub. Telxas İsrafilov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Muradov saxlanılaraq istintaqa təhvil verilib.