Türkiyənin Zonguldak şəhərində məktəbə hücum etməklə hədələyən lisey şagirdi polis tərəfindən saxlanılıb.
Məlumata görə, Fənər Anadolu Liseyinin şagirdi sinif yoldaşları ilə olduğu WhatsApp qrupunda mesajlar yazaraq və təhdid xarakterli görüntülər paylaşaraq Şanlıurfa Siverek və Kahramanmaraşda baş verən hadisələrə bənzər hücum həyata keçirəcəyini bildirib.
Məlumat daxil olduqdan sonra Zonguldak Baş Prokurorluğunun göstərişi ilə polis əməkdaşları şagirdin evində əməliyyat keçiriblər. Axtarış zamanı onun otağından altı ədəd boş tapança patronu aşkar edilərək götürülüb.
Uşaq Şöbə Müdirliyi tərəfindən nəzarətə alınan şagirdlə bağlı araşdırmalar davam edir.