Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayşer Çalık Ortaokulu məktəbinə silahlı hücum olub. Hadisə ilə bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat verib.
Hələlik səbəbi bəlli olmayan silahlı hücum zamanı bir müəllim və üç şagird həyatını itirib. Hadisədə 20 nəfərin yaralandığı bildirilir.
Silahlı hücumu törədən səkkizinci sinif şagirdi olub və o, daha sonra özünü öldürüb. Məlumata görə, yeniyetmə məktəbdəki beşinci sinif şagirdlərinin olduğu iki sinifə daxil olaraq atəş açıb.
<