Vüqar Məmmədovun saxlanılma yeri dəyişdirildi - RTV

Hürriyyət TV-nin rəhbəri Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Məmmədova yekun olaraq "təkrar hədə-qorxu ilə xeyli miqdarda tələb etmə" maddəsi ilə ittiham verilib. İş üzrə üç şirkət zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxsin vəkili Aqil Layic bildirib ki, müvəkkilinin işi Prezident Administrasiyasının sabiq rəisi Ramiz Mehdiyevin cinayət işindən ayrılıb. O, xüsusilə ağır cinayətdə ittiham edilməyən Vüqar Məmmədovun ev dustaqlığına buraxılmasını istəyib. Prosesdə qaldırılan digər vəsatət isə təqsirləndirilən şəxsin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı olub.

Məhkəmə birinci vəsatəti rədd edib, ikincisini isə təmin edib. Məmmədovun Bakı İstintaq Təcridxanasına etap edilməsi qərarı alınıb. İlk baxış iclası mayın 18-nə təyin edilib.