Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nurani İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işi üzrə ibtidai istintaq aparılır.
Məlumatda qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə aprelin 11-də baş verib.