Bu gün səhər saatlarından etibarən Xəzər dənizində ard-arda zəlzələlər qeydə alınıb. Ötən gün isə 5.2 bal gücündə baş vermiş zəlzələ ölkənin bir sıra ərazilərində hiss edilib.
Bir neçə gündür ard-arda təkrarlanan yeraltı təkanlar insanların narahatlığına səbəb olub. Xəzər dənizində ard-arda zəlzələlərin baş verməsinin səbəbləri və yeraltı təkanların nə vaxta qədər davam edəcəyi ilə bağlı məsələlər aktuallaşıb.
Bu barədə RTV-yə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, narahatlığa heç bir əsas yoxdur.
Qurban Yetirmişli qeyd edib:
"Ayın 8-dən indiyənə kimi, burda deməli, o xırda təkanlar, əsas deməli, 5.3 (ayın 8-i idi) maqnitudalılı zəlzələ, o əməlli-başlı silkələdi və burda deməli, dərinlik qırılmaları boyu parçalanmalar gedir və bunlar afterşoklardır. Bu zəlzələlər, yəni bunlar yeni bir zəlzələ deyil. Qırılmalar boyu hələ zaman bir neçə. Onu da deyirəm ki, həmişə demək istəyirəm ki, əhali narahat olmasın. Orda katastrofik dağıdıcı zəlzələ baş verməsi də mümkün deyil. Müəyyən qədər enerji boşalması gedir ki, bu da ki, orda yavaş-yavaş bir müddət keçəcək, bu davam edəcək və fon səviyyəsinə salacaq həmin ərazini."