Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama - RTV

Sosial şəbəkələrdə Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində insident baş verdiyi haqda məlumatlar yayılıb. İddialara görə, 15 şagird bir məktəblini döyüb. Buna səbəb kimi həmin şagirdin dərsə hazır gəlməsi və müəllimin verdiyi tapşırıqlardan yüksək qiymət alması göstərilib.

RTV xəbər verir ki, Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən Qafqaz İnfonun sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir. Məktəbdən qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil. Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məktəb rəhbərliyi uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edib.