ABŞ İrana hücuma keçdi - Bu şəhərlər vuruldu - RTV

ABŞ ordusu İrana qarşı üçüncü gecə hava hücumları həyata keçirdiyini bildirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı bəyanatda bildirilib.

Hücumlar fondunda İİR-nin bir sıra bölgələrində partlayış səslərinin eşidildiyi qeyd edilib.

Qeyd edilib ki, əməliyyatlar Prezident Donald Trampın göstərişi ilə həyata keçirilib.

Vaşinqton bu zərbələrin İİR qüvvələrinin imkanlarını zəiflətmək və Hörmüz boğazında mülki gəmilərə qarşı mümkün təhdidlərin qarşısını almağa yönəldiyini bildirib.

İran mediasının məlumatına görə, hücumlar zamanı Bəndər-Abbas şəhərində, eləcə də Hörmüz boğazında yerləşən Qeşm və Kiş adalarında partlayış səsləri eşidilib.