ABŞ İranın bu şəhərlərini raketlərlə VURDU - RTV

İyulun 17-nə keçən gecə ABŞ İran ərazisinə zərbələr endirib. Məlumatlara görə, ölkənin bir çox şəhərləri silsilə raket zərbələrinə məruz qalıb. Belə ki, Bəndər-Abbas və Kiş adası yaxınlığında partlayışların baş verdiyi, Əhvaz, Bəndər-Xomeyni, Bəndər-Lənkəran, Vəsilə, Çabahar şəhərlərinə və İran şəhəri hava limanına hücum edildiyi bildirilir.

Buna cavab olaraq İran ordusu pilotsuz uçuş aparatları və raketlər vasitəsilə Bəhreyn, Küveyt, İordaniya və Qətərdəki ABŞ bazalarına zərbələr endirib. İran mətbuatı ABŞ hərbçilərinin İrana atəşə tutmaq üçün raket sistemlərini İraq sərhədinə çatdırdığını və bu yolun kütləvi hücuma məruz qoyduğunu yazıb. Hücumlar zamanı Küveytə yerləşdirilmiş ABŞ ordusunun "Arkanzas" 142-ci artilleriya briqadasının texnikası zərər görüb.