Arvadını 120 kişiyə satan şəxs həbs olundu - RTV

İsveçdə bir yerli sakin arvadını azı 120 kişiyə satmaqda şübhəli bilinir. Bu barədə Associated Press agentliyi prokuror İdda Andersdə istinadən məlumat yayıb. Prokurorun sözlərinə görə şübhəlinin təxminən 60 yaşı var. İstintaqın məlumatına əsasən kişi dörd il ərzində həyat yoldaşını fahişəliyə məcbur edib.

Andersdə qadına psixotrop maddələrin tətbiq olunub olunmadığını aşıqlanmayıb. Qadın polisə özü müraciət edib. Kişi ötən ilin oktyabr ayında həbs olunub. Mart ayında isə ona rəsmi ittiham irəli sürüləcək. Şübhəli şəxs 10 ilədək azadlıqdan məhrum etmə cəzası ilə üzləşə bilər.