Fevralın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumatda bildirilir ki, fevralın 13-də Moskva vaxtı ilə saat 11:58-də rentgen diapazonunda 4373 ləkələr qrupunda 48 dəqiqə davam edən M1.1 sinifinə aid partlayış qeydə alınıb.
Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş Yer Fizikası İnstitutunun Günəş Astronomiyası laboratoriyasından bildirilmişdi ki, Günəşdə partlayış aktivliyi sürətli şəkildə azalmağa doğru gedir və sıfır göstəricisinə enə bilər.