Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Qazaxıstan Respublikasına işgüzar səfər edib. Səfər Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədi daşıyır.
Dövlət başçısı Türkistan şəhərinin Həzrət Sultan Beynəlxalq Aeroportunda qarşılanıb. Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türkistan vilayətinin hakimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşılayıblar.