İmam güllə yarasından öldü - RTV

Bu gün səhər saatlarında İranın Mircever şəhərində din xadimi Məhəmməd Ənvər Riqi naməlum silahlı şəxslərin hücumu nəticəsində həyatını itirib.

Azad İran telekanalının məlumatına görə, hadisə şəhərdəki məscidlərdən birinin imamı olan Məhəmməd Ənvər Riqinin iştirak etdiyi toy məcləsində baş verib. Din xadimi aldığı güllə yarasından hadisə yerində ölüb.

Qətli törədən şəxslərin kimliyi və hücumun motivləri barədə hələlik rəsmi açıqlama verilməyib. Faktla bağlı araşdırma aparıldığı bildirilir.