İranlı general Yəhya Rəhim Səfəvi, Azərbaycanın öz ərazisində İranla bağlı sionist rejimin dayaq məntəqəsi kimi istifadə olunmasına icazə verməyəcəyinə dair birbaşa təminat verdiyini bildirib. Bu təminat Bakı ilə dialoqun inkişafında həlledici rol oynayıb.
General Səfəvi eyni zamanda bildirib ki, İranın Azərbaycanla olan problemləri yalnız güc yolu ilə həll etməklə bağlı çağırışlar eşidilib. Lakin o, bunun ifrata varma olduğunu qeyd edib. O, iki ölkə arasında problemlər, fikir ayrılıqları olsa da, eyni zamanda unutmaq olmaz ki, iki ölkəni birləşdirən və onların arasında körpü rolunu oynayan ortaq din, keçmiş, mədəniyyət və ən əsası Azərbaycanlıların içması var.