İsveçdə Rusiya səfirliyinə dron hücumu olub. Hadisə Rusiya səfirliyinin Stokholmdakı diplomatik missiyası ərazisində qeydə alınıb. Bildirilib ki, hücum edən dronlara partlayıcı qurğu yerləşdirilib.
Digər dron isə səfirliyin ərazisinə qırmızı boyalı qab atıb. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu hücum Rusiya diplomatik missiyasına qarşı təxribatdır və bu cür hücumlar davam edərsə, İsveç tərəfi bütün məsuliyyəti öz üzərinə götürməli olacaq.