Rusiya, iyulun 2-nə keçən gecə Kiyevə intensiv raket zərbələri endirib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bu barədə məlumat verib.
Onun sözlərinə görə, kütləvi hava zərbələri şəhərin bir neçə ərazisini vurub.
Hücum nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. İki azyaşlı uşaqla yanaşı, 86 nəfər isə xəsarət alıb.
Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə isə ziyan dəyib.
Axtarış-xilas etmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.