Kiyevə dəhşətli ZƏRBƏ ENDİRİLDİ - Ölənlər var - RTV

Rusiya silahlı qüvvələri Kiyev şəhərinə raket və pilotsuz uçuş aparatı (PUA) ilə kütləvi hücum edib. Hücum nəticəsində 10 mülki şəxs həyatını itirib, 46 nəfər isə yaralanıb.

Hücum zamanı paytaxtda güclü partlayışlar qeydə alınıb. Son dəqiqələr ərzində Kiyev istiqamətində Kalibr, Geran və İskəndər tipli raketlər buraxılıb.

Kiyevin müxtəlif rayonlarında 20-yə yaxın ərazidə dağıntı qeydə alınıb.