Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb. Bu qərarın səbəbi Ukraynanın Moskvaya pilotsuz uçuş aparatı (PUA) hücumu olub.
Şeremetyevo Hava Limanının mətbuat xidməti müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Vnukovo, Domodedovo və Jukovski hava limanları isə bütün təyyarələrin gəlişini və uçuşunu dayandırdığını bildirib.
Məhdudiyyətlərin "Xalça planı" səbəbindən tətbiq edildiyi qeyd olunub.