Qonşu ölkədə 15 kənd karantinə alındı - RTV

Türkiyədə heyvandarlıq sektoruna ciddi zərbə vuran dava xəstəliyinin yeni halları qeydə alınıb. Xəstəliyin yayılma riskinin artması səbəbindən Aydın vilayətinin Sultan Hisar rayonu və ətrafı ərazilərdə geniş miqyaslı karantin tədbirləri tətbiq olunub. Yerli qurumların məlumatına görə, Sultan Hisar rayonunun 15 məhəlləsi və şəhər mərkəzi karantinə alınıb. Həmin ərazilərə bütün heyvanların giriş-çıxışı tamamilə dayandırılıb.

Karantin tədbirləri çərçivəsində xəstəliyin digər rayonlara yayılmasının qarşısını almaq məqsədilə heyvanların daşınması, alqı-satqısı və nəqli ciddi şəkildə məhdudlaşdırılıb. Səlahiyyətli qurumlar bölgədə baytarlıq nəzarətinin artırıldığını, dezinfeksiya işlərinin aparıldığını və vəziyyətin daimi izlənildiyini bildiriblər.