Rusiya ordusu Türkiyəyə məxsus yük gəmisini VURDU - RTV

Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatı ilə Qara dənizdə Türkiyəyə məxsus mülki yük gəmisinə zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində gəmidə yanğın baş verib və heyət üzvlərindən iki nəfər yaralanıb. Hücum Vanuatu bayrağı altında üzən "ANT" adlı yük gəmisinə edilib. Hücum zamanı gəmi Türkiyə istiqamətində hərəkətdə olub. Zərbə nəticəsində yanğın başlayıb.