Sabah Ukraynanın paytaxtı Kiyevdə matəm elan edilib. Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, iyulun 3-də Rusiyanın Kiyevə geniş miqyaslı hücumu nəticəsində ölənlərin xatirəsinə matəm günü elan edilib.
Matəm günü paytaxt Kiyevdə dövlət bayraqları endiriləcək. Əyləncə xarakterli tədbirlər keçirilməyəcək və həlak olanların xatirəsi ehtiramla yad ediləcək.
Son məlumata əsasən, Rusiyanın Kiyevə geniş miqyaslı hücumu nəticəsində 13 nəfər ölüb, 86 nəfər isə yaralanıb.