Təbriz Beynəlxalq Hava Limanı bu gün fəaliyyətini bərpa edəcək. Bu barədə İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əxəvan məlumat verib.
Məcid Əxəvan bildirib ki, təmir işləri başa çatdıqdan sonra ilk uçuşun bu gün həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl hava limanının uçuş-enmə zolağı və idarəetmə qülləsinin avia zərbələr nəticəsində zədələndiyi açıqlanmışdı.