ABŞ prezidenti Donald Tramp iyulun 7-də təxminən min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək.
Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, liderlərin sammitindən bir gün əvvəl Tramp Ankaradakı prezident kompleksi rəsmi mərasimdən qarşılanacaq.
O, əvvəlcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan təkbətək görüş keçirəcək.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq.
Görüşün yekununda iki lider birgə mətbuat konfransı keçirəcəklər.
Bildirilib ki, Tramp Türkiyəyə prezident limuzini və helikopterini də gətirəcək.