ABŞ prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb. O, bu barədə "Truth" sosial hesabında yazıb.
Tramp bildirib ki, əvvəla İran heç vaxt nüvə silahına və ya bombasına sahib olmayacağına razı olmalıdır. Bundan əlavə, Hörmüz boğazı dərhal açılmalı, heç bir rüsum olmadan hər iki istiqamətdə məhdudiyyətsiz gəmiçilik hərəkəti təmin edilməlidir. ABŞ prezidentinin tələblərinə əsasən, boğazda dəniz blokadası səbəbilə ilişib qalan gəmilərin qayıtma prosesinə başlanılmalıdır.