Tramp Paşinyanı dəstəklədi - RTV

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyana dəstəyini ifadə edib. Tramp, Paşinyanın 7 iyun 2026-cı il tarixində yenidən seçilməsi üçün ona tam və qeyd-şərtsiz dəstəyini verdiyini açıqlayıb.

Donald Tramp bu sözləri "Trust Social" sosial şəbəkəsində yazıb. ABŞ-ın keçmiş lideri qeyd edib:

"Ermənistanın Baş naziri, möhtəşəm dostu və lideri olan Nikol Paşinyan öz ölkəsini güclü, varlı və çox təhlükəsiz edir. Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və rifah barədə mənim baxışlarımı tam şəkildə bölüşür."

Tramp əlavə edib ki, ABŞ Dövlət katibi Marko Rubionun bu yaxınlarda Ermənistana səfəri zamanı hər iki ölkə üçün bir sıra mühüm razılaşmalarda irəliləyişlər əldə olunub. ABŞ lideri tezliklə ABŞ və Ermənistanın birlikdə beynəlxalq sülh və rifah üçün "Tramp marşrutu"nun təməlini qoyacağını açıqlayıb.

Bildirilib ki, bu layihə Cənubi Qafqazı dəyişdirəcək və möhtəşəm Amerika enerji şirkətlərinin Mərkəzi Asiyadan ABŞ-a qədər çıxış əldə etməsinə kömək edəcək. Donald Tramp bu səbəbləri vurğulayaraq, bir daha Paşinyana dəstəyini təsdiqləyib:

"Məhz bu səbəblərə görə Paşinyanın 7 iyun 2026-cı il tarixində yenidən seçilməsi üçün ona tam və qeyd-şərtsiz dəstəyimi verirəm. Nikolun köməyi ilə biz ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı tarixdə görünməmiş zirvələrə yüksəldəcəyik."