Türkiyənin cənubunda zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Məlumata görə, Rixter cədvəli ilə dörd bal gücündə olan zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonu olub və yeraltı ocağı 7,1 km dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla 13:19-da baş verib. Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.