19 yaşlı çempion öldü - RTV

Belçikalı qadın velosipedçi Ilke Michielsens 19 yaşında vəfat edib. O, onkoloji xəstəliklə uzun müddət mübarizə aparıb.

Bu barədə son aylarda idmançının sağlamlıq vəziyyəti ilə bağlı yeniliklərin paylaşıldığı özünün sosial şəbəkə hesabında məlumat verilib.

Üç il əvvəl Michielsensə Yuinq sarkoması diaqnozu qoyulmuşdu. Xəstəlik səbəbindən o, idman karyerasını bitirməyə məcbur olmuşdu.

Qeyd edək ki, 2022-ci ildə Ilke Michielsens şosse velosiped yarışlarında Belçikada gənclər arasında çempion olub. Eləcə də çoxnövçülük üzrə milli çempionatda birincilik qazanıb.