Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı - RTV

Beynəlxalq dərəcəli futbol hakimi Asim Xudiyev UEFA Konfrans Liqasının təsnifat mərhələsində keçiriləcək "Zeljezničar" – "Braqa" oyununa təyinat alıb.

AFFA-nın məlumatına görə, oyun iyulun 22-də Bosniya və Herseqovinada, Sarayevo şəhərində yerləşən "Mlados" stadionunda baş tutacaq.

Asim Xudiyev bu qarşılaşmada baş hakim vəzifəsində çıxış edəcək.