“Neftçi”nin sabiq futbolçusu “Araz-Naxçıvan”da - RTV

“Araz-Naxçıvan” klubu daha bir legionerlə gücləndirilib. Klub Qvineyalı yarımmüdafiəçi Mamadu Kani ilə bir illik müqavilə imzalayıb.

29 yaşlı futbolçu karyerası ərzində Neftçi, Olimpiyakos, Rodina Moskva, Auda, Etinikos və Kiprin Pafos klublarında çıxış edib. O, Qvineya millisinin heyətində 19 oyunda 5 qol vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə daha bir sıra yerli və əcnəbi futbolçularla da yeni müqavilələr bağlayıb.