"Neftçi" klubu yay mövsümündə transfer hüququnu əldə etdiyi Fredi Varqası heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Fredi Varqa 2015-ci ilin yayında İsrailin "Makkabi" klubundan 1 illik icarəyə götürülmüşdü. Ötən mövsümdə 34 rəsmi matçda meydana çıxan futbolçu 5 qol vurub, 8 məhsuldar ötürmə edib.