Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq - RTV

Azərbaycan milli futbol komandası bu gün, Macarıstanın Sombatxehy şəhərində yerləşən Haladaş stadionunda San Marino ilə ikinci yoldaşlıq oyununa çıxacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Oyunun baş hakimi Macarıstanlı Marton Ruş olacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Malatyaya 2:0 hesabı ilə qalib gəlib.