Azərbaycan minifutbol millisi Avropa çempionu oldu - RTV

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.

Azərbaycan millisi finalda Ukraynanı 2:0 hesabı ilə məğlub edərək çempionluğa yüksəlib.

Komandamızın qollarını Mir Məhdi Rzayev və İsa Əliyev vurub.

Bu, Azərbaycanın minifutbol üzrə ikinci Avropa çempionluğudur.

Qeyd edək ki, komanda daha əvvəl 2022-ci ildə də bu titulu qazanıb.