Azərbaycan yüksək liqasının klubu ləğv olundu - RTV

Azərbaycan çempionatının yüksək dəstəsində çıxış etmiş Karat klubu ləğv olunub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan dərc olunub.

Qeyd edək ki, Karat yüksək liqada 2004-2005-ci il mövsümündə çıxış edib. Çempionatı 10-cu bitirməsinə baxmayaraq, mövsüm sonunda klub fəaliyyətini dayandırdığı üçün onun əvəzinə aşağı dəstəyə düşən MOİK çempionatda saxlanılıb.

Həmin mövsümdə Azərbaycan Kubokunda əvvəlcə 1/8 final mərhələsində iki oyunun cəmində Kəpəz komandasını turnirdən uzaqlaşdırmağı bacarsa da, 1/4 finalda İnterə məğlub olaraq mübarizəni dayandırıb.