Azərbaycan Güləş Federasiyasının məlumatına əsasən, Yunan Roma güləşi üzrə gənclər, yeniyetmələr və kiçik yaşlı yeniyetmələr üzrə milli komandaların tərkibləri yenidən formalaşdırılıb.
U20 yığmasının böyük məşqçi vəzifəsinə Turac Hüseynli təyin edilib. Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi məşqçi funksiyasını yerinə yetirəcəklər.
U17 millisinə böyük məşqçi vəzifəsi Rafiq Hüseynova tapşırılıb. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşfiq Məmmədov da yer alıblar.
U15 yığmasına böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vəzirov, Azad Əliyev və Fuad Aydın olacaqlar.