Bakı Metropoliteni UEFA Çempionlar Liqası çərçivəsində fevralın 18-də keçiriləcək Qarabağ və İngiltərənin Newcastle United klubları arasındakı qarşılaşma ilə əlaqədar iş vaxtını bir saat uzadacaq.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Qarabağ-Newcastle oyunu ilə əlaqədar olaraq Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. AFFA-nın müraciətini nəzərə alaraq, Bakı metropoliteni paytaxt ərazisində təşkil olunan kütləvi tədbirlər sonrası sərnişin daşımanın təşkili planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə metropolitenin bütün stansiyalarının qapılarını saat 01:00-a qədər açıq saxlayacaq.
Həmçinin, mərkəzi arenaya yaxınlığında yerləşən Gənclik stansiyasında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əməkdaşlar cəlb olunmaqla stansiyada növbətçiliklər təşkil olunacaq. Tədbir sonrası sərnişinlərin gedəcəkləri istiqamətə rahat, təhlükəsiz və sürətli daşımalarını təmin etmək məqsədilə xüsusi qrafik hazırlanıb. Qatarlar həmin qrafiklə hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.