Birinci Liqada mübarizə aparan "Səbail" Peşəkar Futbol Klubunun baş məşqçisi Adil Şükürov cəzalandırılıb. Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Cəzaya səbəb çalışdırıcının "Bakı Sportinq"lə keçirilən 20-ci tur matçında ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsidir. Adil Şükürovun bu hərəkətinə görə "Dənizçilər" ləqəbli "Səbail" klubu 3000 manat məbləğində cərimələnib. Baş məşqçinin özünə isə 4 oyunluq cəza verilib.
Qeyd edək ki, sözügedən qarşılaşma "Səbail"in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.