Bəhlul Mustafazadə meydançaya nə vaxt qayıdacaq? - RTV

“Qarabağ” futbol klubunun müdafiəçisi Bəhlul Mustafazadənin üç həftə sonra fərdi məşqlərə başlayacağı açıqlanıb. Bu barədə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Anar Hacıyevin sözlərinə görə, Bəhlul Mustafazadə fərdi məşqlərdən sonra bərpa prosesinə cəlb olunacaq. Oyunçunun meydançaya qayıtması ilə bağlı son qərar həkimlərin rəyi və futbolçunun ümumi vəziyyəti nəzərə alınaraq veriləcək.

Xatırladaq ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə “Nyukasl” ilə Çempionlar Liqasının pley-off mərhələsi matçında zədələnərək meydanı tərk etmişdi. Daha sonra müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirmişdi.