ÇL: Final matçının hakimləri bilindi - RTV

UEFA Çempionlar Liqasının final matçının hakimləri bəlli olub.

Paris Sen-Jermen (PSG) və Arsenal komandaları arasında keçiriləcək oyunun idarəçiliyi Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Meydanda baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR otağından həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Çempionlar Liqasının final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.