Dünya çempionatı ərəfəsində Argentina millisinə şok - RTV

Argentina millisinin ulduz hücumçusu Lionel Messi futbol üzrə Dünya çempionatına hazırlıq mərhələsində Hondurasla keçiriləcək yoldaşlıq görüşündə meydana çıxa bilməyəcək.

Bu barədə tanınmış jurnalist Qaston Edul X sosial şəbəkə hesabına məlumat paylaşıb. Məlumata görə, səhhətində yaranan kiçik problemlər səbəbindən Messi iyunun 7-nə təyin olunmuş Hondurasla yoxlama matçında iştirak etməyəcək.

Bununla belə, azarkeşləri sevindirəcək bir məqam da vurğulanıb. Ulduz futbolçunun iyunun 17-də Əlcəzairə qarşı keçiriləcək Dünya çempionatının ilk matçında iştirakı şübhə doğurmur. Oyunçunun turnir startına qədər tam bərpa olunacağı gözlənilir.