Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Martin O'Nil, Qarabağın hücumçusu Kamilton Duranı transfer etdiklərini təsdiqləyib.
O'Nil, İrlandiyanın "Şelbern" klubuna qarşı keçiriləcək oyun ərəfəsində klub televiziyasına verdiyi açıqlamada bu barədə məlumat verib.
Gənc futbolçu Duranın tibbi müayinədən keçdiyi bildirilir.
"Qarabağ" Kamilton Duranı "Seltik" klubuna 5.5 milyon funt sterlinqə satıb. Bu, Azərbaycan futbolunda ən bahalı satış hesab olunur.