Bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən futbolçu Elvin Cəfərquliyevlə bağlı vacib qərar verilib.
RTV Sportal.az-a istinadən verilən xəbərə görə, "Qarabağ" klubu milli komandanın üzvü olan Elvin Cəfərquliyevi satışa çıxarıb. Artıq bu qərar barədə həm futbolçunun özünə, həm də onun menecerlərinə məlumat verilib. Bildirilir ki, "Qarabağ" yay transfer pəncərəsində onu satmağa hazırdır.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılmışdılar.